• Təqvim

  • Maraq

Şəhid ailəsindən: “Cənab Prezident, ailəmizə göstərilən bu qayğı dövlətimizin sosial siyasətinin və Sizin şəhid ailələrinə göstərdiyiniz yüksək ehtiramın bariz nümunəsidir”

Əfsanə Qaragözovadan,

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Şəhid ailələrinə göstərdiyiniz davamlı diqqət və qayğıya görə bütün şəhid anaları adından Sizə təşəkkürümü bildirirəm.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələri xüsusi qayğı ilə əhatə olunub. Bizim ailə də bu qayğıdan yararlanaraq mənzillə təmin olundu.

Ailəmizə göstərilən bu qayğı dövlətimizin sosial siyasətinin və Sizin şəhid ailələrinə göstərdiyiniz yüksək ehtiramın bariz nümunəsidir.

Bu diqqət bizə həm mənəvi dayaq olmuş, həm də gələcəyə olan inamımızı gücləndirmişdir.

Şəhid ailələrinə daim göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımızı bildirir, ölkəmizin inkişafı naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Allah Sizi qorusun!

Dərin hörmətlə,

Qaragözova Əfsanə

Azərbaycan Respublikası, Qazax rayonu, Ağköynək kəndi.

16 fevral 2026-cı il

https://president.az/az/articles/view/71623




Facebook-da paylaş


{sape_links}