Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb
Son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında qəbul edilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurla icra olunması sayəsində paytaxt Bakıda, eləcə də respublikamızın bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Son dövrlər bunu Qazaxda aparılan abadlıq işlərinin timsalında aydın şəkildə görmək olar. Xüsusilə də ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması bu dediklərimizin əyani sübutudur. Şəhərin Heydər Əliyev prospektində, bir neçə küçədə, eləcə də çoxmənzilli yaşayış binalarının həyətinə yeni asfalt örtüyü vurulmuş, abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib. Sevindirici haldır ki, rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Şəhərin küçələri ilə yanaşı, çoxmənzilli yaşayış binalarının blok və fasadında abadlıq işləri aparılır, həyətində səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Nəriman Nərimanov yaşayış massivində yerləşən 50 və 51 saylı binalarda aparılan abadlıq işləri söylədiklərimizin əyani sübutudur. Çoxmənzilli yaşayış binalarının dam örtükləri yenilənib, blok və fasadı rənglənib. Həmçinin, binaların həyətində abadlıq işləri aparılıb, yeni işıqlanma sistemi qurulub. Görülmüş işlər vətəndaşlar tərəfindən də razılıqla qarşılanır. Sakinlər rayonda aparılan quruculuq və abadlıq işlərinə, eləcə də yaşadıqları binaların təmir olunmasına görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər. Nəriman Nərimanov yaşayış massivi 50 saylı binanın fasad və blokunda aparılan abadlıq işləri Nəriman Nərimanov yaşayış massivi 51 saylı binanın fasad və blokunda aparılan abadlıq işləri Nəriman Nərimanov yaşayış massivi 50 və 51 saylı binaların həyətində aparılan abadlıq işləri























































































Facebook-da paylaş














