• Təqvim

  • Maraq



Xalq şairi Səməd Vurğunun doğmaları Qazaxda şairin adını daşıyan Poeziya Evini ziyarət ediblər

2025-ci ilin dekabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 90 illiyi tamam olur.

“Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 4 sentyabr 2025-ci il tarixli Sərəncamı dəyərli ziyalımıza dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. Ölkə başçısının imzaladığı Sərəncamda qeyd edildiyi kimi, Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60-70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri vardır. Parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur “Qətl günü” romanı ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır. Yusif Səmədoğlu rəhbəri olduğu mühüm ədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə etmiş, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanmış, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilmişdir.

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, doğma Qazax elində də silsilə tədbirlərlə qeyd olunmaqdadır.

Dekabrın 25-də Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi münasibətilə Qazaxda Ədəbiyyat Muzeyində keçiriləcək ədəbi-bədii gecə də həmin silsilə tədbirlərin davamıdır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Xalq yazıçısı Yusif Səmədoğlunun qızı Mehriban Vəkilova, onun həyat yoldaşı Akşin Ziyadov, Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova Xalq şairi Səməd Vurğunun Yuxarı Salahlı kəndində yerləşən Poeziya Evini ziyarət ediblər. Rayon rəhbərliyi və şairin doğmaları Səməd Vurğunun Poeziya Evində yerləşən büstü önünə tər qərənfillər düzərək dəyərli şairimizin əziz xatirəsini ehtiramla anıblar.



Facebook-da paylaş


{sape_links}