• Təqvim

  • Maraq



Qazaxda icra başçısı şəhid qardaşını ailə həyatı qurması münasibətilə təbrik edib

"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” deyimini özünün həyat amalı bilən və bu amal uğrunda canından keçən qəhrəman oğullarımızdan biri də şəhid gizir Abdullayev Hafiz Məhəd oğludur. Hafiz Abdullayev kimi igid Vətən oğulları ilə bu gün hər birimiz fəxr edirik.

Bu gün – dekabrın 23-də Hafiz Abdullayevin ailəsində xoş gündür. Qəhrəman şəhidimizin ruhu şaddır. İgid Vətən oğlunun qardaşı Abdullayev Əziz Məhəd oğlu ailə həyatı qurur.

Rəhbər təyin olunduğu ilk gündən şəhid ailələrinə, qazilərimizə qayğı ilə yanaşan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid qardaşının xoş günündə onun yanında olub. İcra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhidimizin atası Məhəd Abdullayevə gözaydınlığı verən rayon rəhbəri səmimi ürək sözlərini, xoş arzularını çatdırıb. Şəhid qardaşının toyunda iştirak edənlərə razılığını ifadə edib. İcra başçısı şəhidimizin qardaşını ailə həyatı qurması münasibətilə təbrik edib, ona yenicə qədəm qoyduqları həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayıb. “Bu toya dəvət olunanda çox qürurlandım. Çünki Hafiz Abdullayev kimi qəhrəman oğulun ailəsinin xoş günündə iştirak etmək hər birimiz üçün qürurvericidir. Bu gün Sizin yanınızda olmaqdan, bu toyda iştirak etməkdən qürur duydum”, - deyən rayon rəhbəri səmimi ürək sözlərini çatdırıb. “Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəsə nümunədir", - deyən icra başçısı bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidimizin qardaşının toyunda iştirak etməyi özünə borc bildiyini dilə gətirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Şəhid atası Məhəd Abdullayev şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Övladının xoş günündə onların yanında olan rayon rəhbərliyinə ailəsi adından təşəkkür edib. Bugünkü gündə rayon rəhbərinin onların yanında olmasını dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirib.

Abdullayev Hafiz Məhəd oğlu 1 yanvar 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Sumqayıt şəhərində 16 nömrəli tam orta məktəbə daxil olub. 2001-ci ildə həmin məktəbi bitirib. 2001-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. 2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlayıb. 2019-cu il mart ayının 4-də Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində xidməti vəzifəsini yerinə yetirərkən qar uçqununa düşərək itkin düşmüşdür. 12 aprel 2019-cu ildə Abdullayev Hafiz Məhəd oğlunun nəşi tapılaraq aidiyyəti üzrə təhvil verilib. 14 aprel 2019-cu ildə O, Yuxarı Salahlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Ailəli idi. 1 qız və 2 oğul övladı yadigar qalıb.



Facebook-da paylaş


{sape_links}