Qazaxda kəndlərdə fəaliyyət göstərən əkinçilər üçün “Təmiz məhsul” adlı təlim keçirilib
Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əkinçilər arasında “Təmiz məhsul” təşviqi” adlı layihə çərçivəsində Qazax rayonunun müxtəlif kəndlərində fəaliyyət göstərən əkinçilər üçün “Təmiz məhsul” adlı təlim keçirib.
12-15 avqust tarixlərində təşkil olunmuş təlimdə 20 nəfər əkinçiyə ekoloji təmiz məhsulun yetişdirilməsi üçün mövcüd olan su mənbələrindən düzgün və qənaətli istifadə etmək bacarığı ötürülüb, bioloji gübrələr haqqında məlumat verilib.
Facebook-da paylaş