Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda kəndlərdə fəaliyyət göstərən əkinçilər üçün “Təmiz məhsul” adlı təlim keçirilib

Qazaxda kəndlərdə fəaliyyət göstərən əkinçilər üçün “Təmiz məhsul” adlı təlim keçirilib


17-08-2023, 17:53

Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əkinçilər arasında “Təmiz məhsul” təşviqi” adlı layihə çərçivəsində Qazax rayonunun müxtəlif kəndlərində fəaliyyət göstərən əkinçilər üçün “Təmiz məhsul” adlı təlim keçirib.

12-15 avqust tarixlərində təşkil olunmuş təlimdə 20 nəfər əkinçiyə ekoloji təmiz məhsulun yetişdirilməsi üçün mövcüd olan su mənbələrindən düzgün və qənaətli istifadə etmək bacarığı ötürülüb, bioloji gübrələr haqqında məlumat verilib.


Geri qayıt