• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda barama tədarükü başa çatıb


Son illər ölkə Prezidentinin müvafiq tarixli Sərəncamına əsasən təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası sayəsində bölgələrdə baramaçılığın inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür.

Dövlət başçısının baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Qazaxda da uğurla icra olunur. İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi rayonda ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərir.

Bu il qazaxlı kümçülər tərəfindən altıncı ildir ki, ipəkqurdu bəslənilirdi. Cari mövsümdə 4,4 ton yaş barama istehsalı nəzərdə tutulmuşdu ki, qeyd edilən proqnoz artıqlaması ilə ödənilib. Belə ki, Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 110 qutu barama qurdunu yetişdirən kümçülər qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışaraq artıq barama tədarükünü başa çatdırıblar. Cari mövsümdə 4435,6 kq barama məhsulu tədarük olunub.

Qeyd edək ki, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş