Son illər ölkə Prezidentinin müvafiq tarixli
Sərəncamına əsasən təsdiq edilmiş "Azərbaycan Respublikasında
baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət
Proqramı”nın uğurlu icrası sayəsində bölgələrdə baramaçılığın inkişaf etdirilməsi
istiqamətində mühüm işlər görülür.
Dövlət başçısının baramaçılığın və ipəkçiliyin
inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Qazaxda da uğurla icra olunur.
İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi rayonda ənənəvi
sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərir.
Bu il qazaxlı kümçülər tərəfindən altıncı ildir
ki, ipəkqurdu bəslənilirdi. Cari mövsümdə 4,4 ton yaş
barama istehsalı nəzərdə tutulmuşdu ki, qeyd edilən proqnoz artıqlaması ilə
ödənilib. Belə ki, Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 110
qutu barama qurdunu yetişdirən kümçülər qarşıya qoyduqları
məqsədə çatmaq üçün böyük səylə çalışaraq artıq barama tədarükünü başa
çatdırıblar. Cari mövsümdə 4435,6 kq barama məhsulu tədarük olunub.
Qeyd edək ki, Qazax Dövlət Aqrar İnkişaf
Mərkəzində kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.
GOYEZEN.AZ
Geri qayıt
|