• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda barama tədarükü davam edir


Son illər ölkəmizdə ixracyönümlü sahə olan baramaçılığın kənd yerlərində məşğulluğun təmin edilməsində mühüm rol oynaması nəzərə alınaraq bölgələrdə bu sahənin inkişafına dövlət dəstəyi daha da gücləndirilib. Ölkə başçısının "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı 27 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən bölgələrdə baramaçılığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.

Ölkə Prezidentinin baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Qazaxda da uğurla icra olunur. İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi rayonda ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərir.

Bu il qazaxlı kümçülər tərəfindən artıq altıncı ildir ki, ipəkqurdu bəslənilir. Cari mövsümdə 4,4 ton yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 110 qutu barama qurdu kəndlər üzrə barama yetişdirən kümçülərə paylanılıb.

Qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışan kümçülər artıq barama tədarükünü həyata keçirirlər. Bu gün kümçülər növbəti dəfə öz məhsullarını "Azəripək” MMC-yə təhvil veriblər. Bu günə kimi 1645 kq barama məhsulu tədarük olunub.

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.




 

GOYEZEN.AZ



Facebook-da paylaş