Qazaxlı kümçülər bu günədək 2652,2 kiloqram barama tədarük ediblər
Son illər ölkə Prezidentinin müvafiq tarixli
Sərəncamına əsasən təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın
və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın uğurlu
icrası sayəsində bölgələrdə baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü
işlər görülür. Dövlət başçısının baramaçılığın və ipəkçiliyin
inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Qazaxda da uğurla icra olunur.
İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi rayonda ənənəvi
sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərir. Bu il qazaxlı kümçülər tərəfindən artıq altıncı ildir
ki, ipəkqurdu bəslənilir. Cari mövsümdə 4,4 ton yaş
barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik
Stansiyasından gətirilən 110 qutu barama
qurdu kəndlər üzrə barama yetişdirən kümçülərə paylanılıb. Qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə
çalışan kümçülər artıq barama tədarükünü həyata keçirirlər. Bu gün kümçülər növbəti dəfə öz
məhsullarını "Azəripək” MMC-yə təhvil veriblər. Bu günədək
rayonda 2652,2 kq barama
məhsulu tədarük olunub. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülərin
baramanı təhvil vermələri üçün hər cür şərait
yaradılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş