Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxlı kümçülər bu günədək 2652,2 kiloqram barama tədarük ediblər
Qazaxlı kümçülər bu günədək 2652,2 kiloqram barama tədarük ediblər14-06-2021, 22:50 |
Son illər ölkə Prezidentinin müvafiq tarixli Sərəncamına əsasən təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası sayəsində bölgələrdə baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Dövlət başçısının baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Qazaxda da uğurla icra olunur. İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi rayonda ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərir. Bu il qazaxlı kümçülər tərəfindən artıq altıncı ildir ki, ipəkqurdu bəslənilir. Cari mövsümdə 4,4 ton yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 110 qutu barama qurdu kəndlər üzrə barama yetişdirən kümçülərə paylanılıb. Qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışan kümçülər artıq barama tədarükünü həyata keçirirlər. Bu gün kümçülər növbəti dəfə öz məhsullarını "Azəripək” MMC-yə təhvil veriblər. Bu günədək rayonda 2652,2 kq barama məhsulu tədarük olunub. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.
GOYEZEN.AZ Geri qayıt |