Qazaxda barama tədarükü
Respublika mətbuatı Qazax haqqında Son illər
ölkəmizdə ixracyönümlü sahə olan baramaçılığın kənd yerlərində məşğulluğun
təmin edilməsində mühüm rol oynaması nəzərə alınaraq bölgələrdə bu sahənin
inkişafına dövlət dəstəyi daha da gücləndirilib. Ölkə başçısının "Azərbaycan
Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər
üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı 27 noyabr 2017-ci
il tarixli Sərəncamına əsasən bölgələrdə baramaçılığın inkişaf etdirilməsi
istiqamətində mühüm addımlar atılır. Ölkə
Prezidentinin baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı qarşıya qoyduğu
vəzifələr Qazaxda da uğurla icra olunur. İpəkçiliyin inkişafına dövlət
dəstəyinin gücləndirilməsi rayonda ənənəvi sahələrdən olan baramaçılığın
dirçəldilməsinə öz müsbət təsirini göstərir. Qazaxlı
kümçülər tərəfindən artıq altıncı ildir ki, ipəkqurdu bəslənilir. Cari mövsümdə4,4 ton yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq
İpəkçilik Stansiyasından gətirilən 110 qutu baramaqurdu kəndlər üzrə barama
yetişdirən kümçülərə paylanılıb. Qarşıya
qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışan kümçülər artıq barama
tədarükünü həyata keçirirlər. Kümçülər növbəti dəfə öz məhsullarını "Azəripək”
MMC-yə təhvil veriblər. 11 iyun tarixinə kimi 1645 kq barama məhsulu tədarük
olunub. Qazax
Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülərin baramanı təhvil vermələri üçün hər
cür şərait yaradılıb. Qeyd: Məlumat üçün bildirək ki, yazıda göstərilən rəqəm dəyişib. Belə ki, 17.06.2021-ci
il tarixə kimi artıq 3213 kq barama
tədarük edilib. Vəli VƏLİYEV, "Respublika” qəzetinin
bölgə müxbiri 17 iyun 2021-ci il
Facebook-da paylaş