Qazaxda tütün əkini davam edir
Son illər ölkə başçısı
İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə qeyri-neft sektorunun inkişaf
etdirilməsi, bu sahədə həyata keçirilmiş ardıcıl və məqsədyönlü tədbirlərin
nəticəsidir ki, ölkə iqtisadiyyatı, o cümlədən də kənd təsərrüfatı ildən-ilə artan
templə inkişaf edir. Bu inkişafın təməlində isə 2004-2008, 2009-2013 və
2014-2018-ci illəri əhatə edən dövlət proqramlarının qəbul edilməsi dayanır. Həmin
dövlət proqramlarının reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində
böyük nailiyyətlər əldə olunmuş və qeyri-neft sektorunun inkişafında aqrar
sektorun payı nəzərə çarpacaq dərəcədə artmışdır. Ölkəmizdə aqrar sektorun
sürətlə inkişaf etdirildiyi rayonlardan biri də Qazax rayonudur. Son 3 ildə
rayonda kənd təsərrüfatının inkişaf etməsini ildən-ilə artan əkin sahələrinin
artırılmasından da görmək olar. Bu isə vətəndaşların sosial rifah halının yaxşılaşdırılması
istiqamətində atılan uğurlu addımlardır. Rayonda demək olar ki, kənd
təsərrüfatının bir çox sahəsi, o cümlədən də böyük potensiala malik, iqtisadi
cəhətdən səmərəli olan tütünçülük sahəsi də inkişaf etdirilir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən
imzalanmış 10 avqust 2017-ci il tarixli sərəncama əsasən "Azərbaycan
Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət
Proqramı”nın təsdiq olunması isə bu sahənin inkişaf etdirilməsinnə daha böyük təkan
verir. Respublikamızın bütün bölgələrində tütünçülüyün inkişaf etdirilməsi ilə
bağlı verilən tapşırıqların icrası ilə əlaqədar məqsədyönlü tədbirlərin uğurla
həyata keçirilməsi də bunun əyani sübutudur. İşçi
qüvvəsi baxımından da böyük tələbatın olduğu bu sahənin inkişafı rayonda yeni
iş yerlərinin açılması deməkdir. Bu il artıq dördüncü il olacaq ki, Qazaxda iqtisadi cəhətdən
gəlirli sahələrdən hesab olunan tütün becəriləcək. 2016-cı ildə cəmi 10
hektarda tütün yetişdirən rayon sakinləri 2017-ci ildə bu rəqəmi 50 hektara çatdırmış,
aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul
götürmüşlər. 2018-ci ildə isə tütünçülər əkin sahələrini daha 10 hektar
artıraraq 60 hektara çatdırmışlar. Həmin sahədən toplanmış 98 tona yaxın
qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilmişdir. Builki mövsümdə isə Qazax
rayonunun təsərrüfatlarında 65 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.
Artıq bu günə kimi 17 hektara tütün şitilləri əkilib. Bu istiqamətdə də işlər
davam etdirilir. Hazırda sahələrdə 70-dən çox rayon sakini çalışır. GOYEZEN.AZ
Facebook-da paylaş