2024-cü ildə Qazax rayonunda demoqrafik vəziyyət haqqında təhlili məruzə
2025-ci il yanvar ayının 1-i tarixinə rayon əhalisinin sayı 96467 nəfər olmuşdur ki, bu, il ərzində əhalinin 261 nəfər və ya 0,3 faiz artmasını göstərir. Əhalinin sıxlığı hər kvadratkilometrə 138 nəfər təşkil edir. Rayon əhalisinin 21,6 faizi şəhər, 78,4 faizi isə kənd yerində yaşayır. Əhalinin 49,1 faizini kişilər, 50,9 faizini qadınlar təşkil edir. 2025-ci il yanvar ayının 1-i tarixinə rayonda məcburi köçkünlərin sayı 3849 nəfərdir. Məcburi köçkünlərin 2416 nəfəri şəhər yerində, 1433 nəfəri isə kənd yerlərində yaşayır. 2024-cü ildə rayonda 524 nikah, 199 boşanma, 994 doğum, 697 ölüm halları qeydə alınmışdır. Əhalinin ümumi artımı 2023-cü illə müqayisədə 172 nəfər az olmuşdur. Rayonun demoqrafik göstəriciləri müqayisəli şəkildə aşağıdakı kimidir: Demoqrafik göstəricilər Yanvar-Dekabr nəfərlə əhalinin hər 1000 nəfərinə 2024-cü il 2023-cü il Artım (+) Azalma (-) 2024-cü il 2023-cü il 2024-cü il 2023-cü ilə nisbətən, faizlə Ümumi artım 261 433 -172 2,7 4,5 60,0 Təbii artım 297 421 -124 3,1 4,4 70,5 Doğum 994 1140 -146 10,3 11,9 86,6 Ölüm 697 719 -22 7,2 7,5 96,0 Nikah 524 559 -35 5,4 5,8 93,1 Boşanma 199 163 +36 2,1 1,7 123,5 Cədvəldən göründüyü kimi ötən illə müqayisədə cari ildə əhalinin hər 1000 nəfərinə doğum 11,9-dən 10,3-ə qədər, nikah 5,8-dən 5,4-ə qədər azalmışdır. Nəfərlə 2024 2023 Miqrasiya saldosu -36 +12 Miqrasiya saldosu 2024-cü ildə -36 nəfər təşkil etmişdir. Dürdanə XƏLİLOVA, Qazax Rayon Statistika İdarəsinin rəisi
Facebook-da paylaş