Əsas Səhifə > Kənd təsərrüfatı > 2024-cü ildə Qazax rayonunda demoqrafik vəziyyət haqqında təhlili məruzə
2024-cü ildə Qazax rayonunda demoqrafik vəziyyət haqqında təhlili məruzə15-05-2025, 09:37 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
2025-ci il yanvar ayının 1-i tarixinə rayon əhalisinin sayı 96467 nəfər olmuşdur ki, bu, il ərzində əhalinin 261 nəfər və ya 0,3 faiz artmasını göstərir. Əhalinin sıxlığı hər kvadratkilometrə 138 nəfər təşkil edir. Rayon əhalisinin 21,6 faizi şəhər, 78,4 faizi isə kənd yerində yaşayır. Əhalinin 49,1 faizini kişilər, 50,9 faizini qadınlar təşkil edir. 2025-ci il yanvar ayının 1-i tarixinə rayonda məcburi köçkünlərin sayı 3849 nəfərdir. Məcburi köçkünlərin 2416 nəfəri şəhər yerində, 1433 nəfəri isə kənd yerlərində yaşayır. 2024-cü ildə rayonda 524 nikah, 199 boşanma, 994 doğum, 697 ölüm halları qeydə alınmışdır. Əhalinin ümumi artımı 2023-cü illə müqayisədə 172 nəfər az olmuşdur. Rayonun demoqrafik göstəriciləri müqayisəli şəkildə aşağıdakı kimidir:
Cədvəldən göründüyü kimi ötən illə müqayisədə cari ildə əhalinin hər 1000 nəfərinə doğum 11,9-dən 10,3-ə qədər, nikah 5,8-dən 5,4-ə qədər azalmışdır.
Miqrasiya saldosu 2024-cü ildə -36 nəfər təşkil etmişdir. Dürdanə XƏLİLOVA, Qazax Rayon Statistika İdarəsinin rəisi Geri qayıt |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||