• Təqvim

  • Unutma

  • Maraq



“Sağlam həyat tərzi” layihəsi çərçivəsində növbəti yarış keçirilib


Aprelin 19-da “Qazax Gənclər evi” sosial xidmət müəssisəsi və “Ağstafa Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Sağlam həyat tərzi” layihəsi çərçivəsində oğlanlar arasında 100 metrəyə qaçış yarışı keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini sağlam həyat tərzinə, insanların pozitiv-emosional inkişafına, beynəlxalq idman təcrübələrinin ölkəmizdə tətbiqinə, asudə vaxtın səmərəli təşkilinə yönəltməkdir.

İştirakçılar 100 metrəlik hədəfi qısa zamanda qət edərək, finiş nöqtəsinə çatıblar.

Qasımlı Nurlan Elnur oğlu I yerin, Hüseynov Elnur Zahid oğlu II yerin, Abbasov Əli İlqar oğlu isə III yerin qalibi olublar. 

Qaliblər diplom və medallarla təltif ediliblər.



Facebook-da paylaş