• Təqvim

  • Maraq



Qazaxda “Narkotiksiz sağlam həyat” devizi altında boks idman növü üzrə açıq rayon turniri keçirilib


“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi  ilə “Narkotiksiz sağlam həyat” adlı layihəsini uğurla icra edir. 

Layihə çərçivəsində oktyabrın 9-da gənclər və yeniyetmələr arasında “Narkotiksiz sağlam həyat” devizi altında boks idman növü üzrə açıq rayon turniri keçirilib. 

Qazax Olimpiya İdman Kompleksində təşkil olunmuş turnirdə Qazax və Ağstafa rayonlarından  olan 55 nəfər idmançı iştirak edib.

Turnirin açılış mərasimində əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Layihə rəhbəri, "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor haqda iştirakçılara ətraflı məlumat verib, tədbirin əhəmiyyətindən danışıb. A.Əliyev bildirib ki, layihənin əsas məqsədi Qazax rayonunda insanların, xüsusən də gənclərin narkomaniyaya qarşı maarifləndirilməsində kütləviliyə nail olmaq və sağlam həyat tərzinin təbliği məqsədilə idman yarışlarının keçirilməsinə, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, onların sağlam həyat tərzini seçməsinə kömək etmək, gəncləri bədən tərbiyəsi və idmana yönəltməkdir.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Olimpiya İdman Kompleksinin direktoru Kərəm Axundov, Qazax Olimpiya İdman Kompleksinin boks bölməsinin məşqçisi və digər qonaqlar layihənin önəmi haqda danışıb, turnir iştirakçılarına uğurlar arzulayıblar.

Sonra boks üzrə turnirə start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşlər nəticəsində 15 çəki üzrə qaliblər müəyyən edilib.


21 kq çəki dərəcəsində Ammar Mansırlı I yerin, Asiman Osmanov II yerin, Uğur İsmayılov III yerin qalibi olublar. 

24 kq çəki dərəcəsində Rafiq Həsənli I yerə, İbrahim Axundov II yerə, 26 kq çəki dərəcəsində Veyis Əliyev I yerə, Şahin Qurbanov II yerə, 30 kq çəki dərəcəsində Hüseyn Rüstəmli I yerə, Murad Mehralıyev II yerə, Amin İbrahimov, Yahya Vəlizadə isə III yerə layiq görülüblər. 

31 kq çəki dərəcəsində qızlar arasında Əsma Mansırlı I yeri, Esmira Hüseynzadə II yeri, +33 kq çəki dərəcəsində Toğrul Mustafayev I yeri, Əziz Əlili II yeri, Elcan Niyazlı III yeri, 38 kq çəki dərəcəsində Elcan İbrahimov I yeri, Tofiq Abdullayev II yeri, Turqut Vəlizadə, Həsən Əhmədli III yeri qazanıblar. 

44 kq çəki dərəcəsində uşaqlar arasında Fərid Mehdiyev I yeri, Elmir Yusifov II yeri, Qəfər İsmayılov, Əli Bayramlı III yeri, 44 kq çəki dərəcəsində yeniyetmələr arasında Məhəmməd  Əliyev I yeri, Hüseyn Mollayev II yeri, Səlim Sadiqov III yeri tutublar.  

46 kq çəki dərəcəsində qızlar arasında Səma Mustafayeva turnirin birincisi, Ramilə Əhmədova turnirin ikincisi olub. 

65 kq çəki dərəcəsində Tərlan Mehdiyev I yerin, Vüsal Lahıcov II yerin, Ramiz Mustafayev III yerin, 67 kq çəki dərəcəsində Nahid Dolq I yerin, Nicat Yusifov II yerin,  67 kq çəki dərəcəsində gənclər arasında Elmir Ramazanov I yerin, Simral Mustafayev II yerin, Emil Muradlı, Röyal İsmayılov III yerin, 70 kq çəki dərəcəsində Zöhrab Məmmədli I yerin, İlyas Qurbanlı II yerin, 80+ kq çəki dərəcəsində Hikmət İbrahimov I yerin, İmran Xəlilov II yerin sahibi olublar. 

Turnirdə iştirak edən qonaqlar fərqlənən idmançıların mükafatlandırılmasında iştirak edərək təşkilat komitəsinə öz minnətdarlıqlarını bildiriblər.


GOYEZEN.AZ



Facebook-da paylaş