• Təqvim

  • Maraq



Qazaxda “Narkotiksiz sağlam həyat” devizi altında Atıcılıq idman növü üzrə açıq rayon turniri keçirilib


“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Narkotiksiz sağlam həyat” adlı layihəsini uğurla icra edib. 

Layihə çərçivəsində oktyabrın 19-da gənc və yeniyetmələr arasında “Narkotiksiz sağlam həyat” devizi altında Atıcılıq idman növü üzrə açıq rayon turniri keçirilib. 

Qazax Olimpiya İdman Kompleksində təşkil olunmuş turnirdə 73 nəfər gənc qeydiyyatdan keçib. 

Turnirin açılış mərasimində əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Layihə rəhbəri, "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev çıxış edərək layihə və donor haqda iştirakçılara ətraflı məlumat verib, tədbirin əhəmiyyətindən danışıb. A.Əliyev bildirib ki, layihənin əsas məqsədi Qazax rayonunda insanların, xüsusən də gənclərin narkomaniyaya qarşı maarifləndirilməsində kütləviliyə nail olmaq və sağlam həyat tərzinin təbliği məqsədilə idman yarışlarının keçirilməsinə, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, onların sağlam həyat tərzini seçməsinə kömək etmək, gəncləri bədən tərbiyəsi və idmana yönəltməkdir.

Tədbir iştirakçılarından Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, qazi Müşviq Eyyubov, Qazax Uşaq-Gənclər İdman Məktəbinin direktoru Rəhim Namazov çıxış edərək turnir iştirakçılarına uğurlar arzulayıblar. Gəncləri pis vərdişlərdən uzaq olmağa, bədən tərbiyəsi və idmanla məşğul olmağa çağırıblar.

Mütəxəssislər tərəfindən turnirin qaydaları izah olunduqdan sonra Atıcılıq yarışına start verilib. “Qəhrəmanlar unudulmur” devizi altında keçirilmiş turnir gərgin idman mübarizəsi şəraitində davam edib. 4 kateqoriya üzrə qaliblər müəyyən edilib. Kateqoriyalar üzrə fərqlənən gənclər və onların nəticələri aşağıdakı kimi olub:

I yer – Uğur Əliyev (25 xal I kateqoriya)

I yer – Məhərrəm Məmmədəliyev (23 xal II kateqoriya)

I yer – Orxan Allahverdiyev (22 xal III kateqoriya)

I yer – Yasin Qocayev (22 xal IV kateqoriya)

II yer – Aqşin Məmmədov (21 xal I kateqoriya)

II yer – Samir Orucov (20 xal II kateqoriya)

II yer – Abdullah Hüseynli (18 xal III kateqoriya)

II yer – Raul Namazov (17 xal IV kateqoriya)

III yer – Rəvan Nadirov (16 xal I kateqoriya)

III yer – Aqşin  Məhərrəmov (15 xal II kateqoriya)

III yer – Əhməd İbrahimov (14 xal III kateqoriya)

III yer – Zirəddin Ağamalıyev (14 xal IV kateqoriya)

Qaliblər medal və diplomlarla mükafatlandırılıblar. Turnirdə iştirak edən qonaqlar fərqlənən idmançıların mükafatlandırılmasında iştirak edərək təşkilat komitəsinə öz minnətdarlıqlarını bildiriblər. Belə tədbirlərin tez-tez keçirilməsini arzulayaraq “Narkotiksiz sağlam həyat” şüarını bir daha səsləndiriblər.

GOYEZEN.AZ



Facebook-da paylaş