20 İyul - Beynəlxalq Şahmat Günü münasibətilə gənclər arasında şahmat turniri təşkil olunub
20 İyul - Beynəlxalq Şahmat Günü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclər arasında şahmat turniri təşkil olunub.
Qazax Şahmat Məktəbində dairəvi sistem üzrə keçirilən yarışda 16 gənc mübarizə aparıb.
Ən çox xal toplayan Ahu Mustafayeva turnirin qalibi olub. Şahmalı Məmmədzadə və Rüfət Gözəlov isə müvafiq olaraq II, III yerləri tutublar.
Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş