• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə kross qaçışı üzrə rayon turniri keçirilib


İyunun 1-də Qazax Rayon Gənclər və İdman İdarəsinin, Qazax Olimpiya İdman Kompleksinin və Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə kross qaçışı üzrə rayon turniri keçirilib.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirdə 20 nəfər iştirak edib.

Turnirdə Mustayev Cavad Sərxan oğlu I yeri, Əhmədov Yusif Bəxtiyar oğlu II yeri, Mirzəyev Cahid Babək oğlu isə III yeri tutub.

Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif ediliblər.







GOYEZEN.AZ



Facebook-da paylaş