• Təqvim

  • Maraq



“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon çempionatı keçirilib


Aprelin 19-da Qazax Rayon Gənclər və İdman İdarəsi, Qazax Rayon Təhsil Şöbəsi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə yaz çağırışına həsr olunmuş "Marş irəli” devizi altında "Vətənin müdafiəsinə hazıram poliatlon çoxnövçülüyü üzrə rayon çempionatı keçirilib.

Qazax şəhər stadionunda keçirilən yarışda 14 komandadan 56 nəfər idmançı iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Qazax Rayon İsmayılŞıxlı adına Kosalar kənd tam orta məktəbin komandası I yeri, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəlitam orta məktəbin komandası II yeri, Qazax Rayon NizamiHüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin komandası isə III yeri tutub.

Yarışda I, II, III yerləri tutmuş komanda və komandaların üzvləri Qazax Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.






GOYEZEN.AZ



Facebook-da paylaş