"Vətənin Müdafiəsinə Hazıram" poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
Qazax rayon Gənclər və İdman İdarəsinin 2018-ci ilin ikinci yarımilinin təsdiqlənmiş "Tədbirlər Planı”na uyğun olaraq Silahlı Qüvvələrin payız çağırışına həsr olunmuş "Marş irəli!" devizi altında "Vətənin Müdafiəsinə Hazıram" poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.
Qazax şəhər stadionunda keçirilən yarışda 15 ümumtəhsil məktəbindən 75 məktəbli iştirak edib.
Yarışda İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbin komandası I, A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin komandası II, Qazax şəhər M.Hüseyn adına məktəb-liseyin komandası isə III yerə layiq görülüb.
Gənclər və İdman İdarəsi tərəfindənqalib komanda kubokla, I, II, III yeri turan komandalar və komanda üzvləri isə Fəxri Fərmanla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş