Qazaxda Natural Bodibildinq və Fitness üzrə “Abu-Life Natural Cup” çempionatı keçirilib
Noyabrın
21-də INBA Qlobal Azərbaycan Birliyi və Abu-Life İdman Klubunun birgə təşkilatçılığı
ilə Natural Bodibildinq və Fitness üzrə "Abu-Life Natural Cup” çempionatı
keçirilib. Qazax
Rayon Mədəniyyət Mərkəzində keçirilən açılış mərasimində əvvəlcə Vətən uğrunda
canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib. Açılış
mərasimində INBA Qlobal Azərbaycan Birliyinin prezidenti, beynəlxalq dərəcəli
idman ustası və hakim Elnur Şıxəliyev və Abu-Life İdman Klubunun prezidenti
Elmar Mirzəyev çıxış ediblər. INBA
Qlobal Azərbaycan Birliyinin prezidenti Elnur Şıxəliyev çıxışı zamanı təşkil
olunmuş çempionatda əsas məqsədin dövlətin uğurlu idman və antidopinq siyasətinə
dəstək olmaq, sağlam həyat tərzini təbliğ etmək, idmançılar arasında sağlam rəqabəti
təmin etmək, yeniyetmə və gəncləri istifadəsi qadağan olunmuş dərman
preparatlarından uzaq tutmaq, idmanda zorakılığa qarşı mübarizə aparmaq
olduğunu bildirib. Daha
sonra çempionat açıq elan edilib. Çempionatda respublikanın şəhər və
rayonlarından atletlər müxtəlif kateqoriyalarda mübarizəyə qoşulublar. Mens
Fizik kateqoriyasında mütləq çempion müəyyənləşib. 175 sm-ə qədər Mens Fizik
kateqoriyasında iştirak edən RoofF Fitness Mərkəzinin yetirməsi Niyaz Məmmədov
mütləq çempion adına layiq görülərək, "Abu-Life Natural Cup” kubokuna sahib olub. Mens
Fizik kateqoriyasında yeniyetmələr arasında İbrahim Zamanov (Abu-Life – Qazax)
1-ci yeri, Amin Nuri (Abu-Life – Qazax)
2-ci yeri, Əli Abbaszadə (Gold Master – Qazax) 3-cü yeri qazanıblar. Mens
Fizik kateqoriyasında 175 sm-ə qədər Niyaz Məmmədov (ROOF Fitness - Bakı) 1-ci
yerin, Kənan Eyyubov (Abu-Life – Qazax) 2-ci yerin, Paşa Cəbrayılov (ROOF Fitness
– Bakı) 3-cü yerin sahibi olublar. Mens
Fizik kateqoriyasında 175 sm-dən yuxarı Röyal Rəsulov (Monster Muscle Club – Gəncə)
1-ci yerə, Orxan Əliyev (ROOF Fitness – Bakı) 2-ci yerə, Qüdrət Nəbiyev (Sinur
Fitness - Bakı) 3-cü yerə layiq görülüblər. Mens
Atletik kateqoriyasında Qalib Mirzəyev (ROOF Fitness – Bakı) 1-ci yeri, Sərvan
Həsənov (ROOF Fitness- Bakı) 2-ci yeri, Kənan Eyyubov (ABU-Life - Qazax) 3-cü
yeri əldə ediblər. Klassik
Fizik kateqoriayasında Sərvan Həsənov (ROOF Fitness - Bakı) 1-ci yeri, Qalib Mirzəyev (ROOF Fitness - Bakı) 2-ci yeri,
Kənan Eyyubov (ABU-Life - Qazax) 3-cü yeri tutublar. Mens
Bodibildinq kateqoriyasında Mahmud Ələkbərov (Monster GYM – Bakı) 1-ci yerin, Orxan
Rəcəbov (ROOF Fitness – Bakı) 2-ci yerin, Sərvan Həsənov (ROOF Fitness – Bakı) 3-cü
yerin qalibi olublar. Ümumilikdə,
komanda hesabında ROOF Fitness Bakı komandası 1-ci, ABU-Life İdman Klubu Qazax
2-ci, Monstr Muscle klub Gəncə 3-cü olub. Sonda
fərqlənən, qalib olan atletlərə Diplom, medal və kubok təqdim olunub. Məlumat
üçün onu da qeyd edək ki, yarışda fərqlənən atletlər gələn ildən etibarən,
milli komandanın heyətində beynəlxalq yarışlarda təmsil olunacaqlar. GOYEZEN.AZ
Facebook-da paylaş