• Təqvim

  • Unutma

  • Maraq



"Avey" İdman Klubunun təmsilçisi İslamiadada gümüş medal qazanıb

"Avey" İdman Klubunun təmsilçisi İslamiadada gümüş medal qazanıb
"Avey" İdman Klubunun təmsilçisi Tural Məhəmməd oğlu Əliyev IV İslam Həmrəyliyi Oyunlarında pəhləvan güləşi üzrə gümüş medal qazanıb.

Qazax rayonunun Aslanbəyli kəndində doğulan Tural Əliyev 1996-cı ildən sərbəst güləşlə məşğul olub. 2008-ci ildən isə zorxana və pəhləvan güləşi ilə məşğuldur.
"Avey" İdman Klubunun təmsilçisi İslamiadada gümüş medal qazanıb

Turalın idman tarixi olduqca zəngindir. Belə ki, o, 2009, 2011 və 2014-cü illərdə Avropa çempionu olub. Bununla yanaşı, 2009-cu ildə Bakıda, 2010-cu ildə Türkiyədə, ondan 1 il sonra isə Belarusiyada Dünya kubokunun sahibi olub.
"Avey" İdman Klubunun təmsilçisi İslamiadada gümüş medal qazanıb
"Avey" İdman Klubunun təmsilçisi İslamiadada gümüş medal qazanıb
"Avey" İdman Klubunun təmsilçisi İslamiadada gümüş medal qazanıb
T.Əliyev ötən il Qırğızıstanda keçirilən köçəri dövlətlərin dünya oyunlarında gümüş medal qazanıb. İdman sahəsində qazandığı uğurlara görə 2009-2010-2011-ci illərdə dünya üzrə “İlin ən yaxşı pəhləvan güləşçisi” seçilib.

Tural idman ustasıdır. Beynəlxalq dərəcəli hakimdir. Eyni zamanda sərbəst güləş üzrə Azərbaycanın əməkdar məşqçisidir.
"Avey" İdman Klubunun təmsilçisi İslamiadada gümüş medal qazanıb
"Avey" İdman Klubunun təmsilçisi İslamiadada gümüş medal qazanıb
Qazax rayonunun "Avey" İdman Klubunu təmsil edən Tural Əliyevi və klubun prezidenti Arzuman Abdulkərimovu möhtəşəm qələbə münasibətilə GOYEZEN.AZ saytının kollektivi adından təbrik edir, daha böyük uğurlar arzulayırıq.


Facebook-da paylaş