Əsas Səhifə > İdman > "Avey" İdman Klubunun təmsilçisi İslamiadada gümüş medal qazanıb
"Avey" İdman Klubunun təmsilçisi İslamiadada gümüş medal qazanıb22-05-2017, 12:18 |
![]() "Avey" İdman Klubunun təmsilçisi Tural Məhəmməd oğlu Əliyev IV İslam Həmrəyliyi Oyunlarında pəhləvan güləşi üzrə gümüş medal qazanıb.
Qazax rayonunun Aslanbəyli kəndində doğulan Tural Əliyev 1996-cı ildən sərbəst güləşlə məşğul olub. 2008-ci ildən isə zorxana və pəhləvan güləşi ilə məşğuldur. ![]() Turalın idman tarixi olduqca zəngindir. Belə ki, o, 2009, 2011 və 2014-cü illərdə Avropa çempionu olub. Bununla yanaşı, 2009-cu ildə Bakıda, 2010-cu ildə Türkiyədə, ondan 1 il sonra isə Belarusiyada Dünya kubokunun sahibi olub. ![]() ![]() ![]() T.Əliyev ötən il Qırğızıstanda keçirilən köçəri dövlətlərin dünya oyunlarında gümüş medal qazanıb. İdman sahəsində qazandığı uğurlara görə 2009-2010-2011-ci illərdə dünya üzrə “İlin ən yaxşı pəhləvan güləşçisi” seçilib. Tural idman ustasıdır. Beynəlxalq dərəcəli hakimdir. Eyni zamanda sərbəst güləş üzrə Azərbaycanın əməkdar məşqçisidir. ![]() ![]() Qazax rayonunun "Avey" İdman Klubunu təmsil edən Tural Əliyevi və klubun prezidenti Arzuman Abdulkərimovu möhtəşəm qələbə münasibətilə GOYEZEN.AZ saytının kollektivi adından təbrik edir, daha böyük uğurlar arzulayırıq. Geri qayıt |