Əsas Səhifə > İdman > Qazaxda Natural Bodibildinq və Fitness üzrə “Abu-Life Natural Cup” çempionatı keçirilib

Qazaxda Natural Bodibildinq və Fitness üzrə “Abu-Life Natural Cup” çempionatı keçirilib


22-11-2021, 22:31


Noyabrın 21-də INBA Qlobal Azərbaycan Birliyi və Abu-Life İdman Klubunun birgə təşkilatçılığı ilə Natural Bodibildinq və Fitness üzrə "Abu-Life Natural Cup” çempionatı keçirilib.

Qazax Rayon Mədəniyyət Mərkəzində keçirilən açılış mərasimində əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.  Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimində INBA Qlobal Azərbaycan Birliyinin prezidenti, beynəlxalq dərəcəli idman ustası və hakim Elnur Şıxəliyev və Abu-Life İdman Klubunun prezidenti Elmar Mirzəyev çıxış ediblər.

INBA Qlobal Azərbaycan Birliyinin prezidenti Elnur Şıxəliyev çıxışı zamanı təşkil olunmuş çempionatda əsas məqsədin dövlətin uğurlu idman və antidopinq siyasətinə dəstək olmaq, sağlam həyat tərzini təbliğ etmək, idmançılar arasında sağlam rəqabəti təmin etmək, yeniyetmə və gəncləri istifadəsi qadağan olunmuş dərman preparatlarından uzaq tutmaq, idmanda zorakılığa qarşı mübarizə aparmaq olduğunu bildirib.

Daha sonra çempionat açıq elan edilib. Çempionatda respublikanın şəhər və rayonlarından atletlər müxtəlif kateqoriyalarda mübarizəyə qoşulublar.

Mens Fizik kateqoriyasında mütləq çempion müəyyənləşib. 175 sm-ə qədər Mens Fizik kateqoriyasında iştirak edən RoofF Fitness Mərkəzinin yetirməsi Niyaz Məmmədov mütləq çempion adına layiq görülərək, "Abu-Life Natural Cup” kubokuna sahib olub. 

Mens Fizik kateqoriyasında yeniyetmələr arasında İbrahim Zamanov (Abu-Life – Qazax) 1-ci yeri, Amin Nuri (Abu-Life – Qazax) 2-ci yeri, Əli Abbaszadə (Gold Master – Qazax) 3-cü yeri qazanıblar.

Mens Fizik kateqoriyasında 175 sm-ə qədər Niyaz Məmmədov (ROOF Fitness - Bakı) 1-ci yerin, Kənan Eyyubov (Abu-Life – Qazax) 2-ci yerin, Paşa Cəbrayılov (ROOF Fitness – Bakı) 3-cü yerin sahibi olublar.  

Mens Fizik kateqoriyasında 175 sm-dən yuxarı Röyal Rəsulov (Monster Muscle Club – Gəncə) 1-ci yerə, Orxan Əliyev (ROOF Fitness – Bakı) 2-ci yerə, Qüdrət Nəbiyev (Sinur Fitness - Bakı) 3-cü yerə layiq görülüblər.

Mens Atletik kateqoriyasında Qalib Mirzəyev (ROOF Fitness – Bakı) 1-ci yeri, Sərvan Həsənov (ROOF Fitness- Bakı) 2-ci yeri, Kənan Eyyubov (ABU-Life - Qazax) 3-cü yeri əldə ediblər.

Klassik Fizik kateqoriayasında Sərvan Həsənov (ROOF Fitness - Bakı) 1-ci yeri,  Qalib Mirzəyev (ROOF Fitness - Bakı) 2-ci yeri, Kənan Eyyubov (ABU-Life - Qazax) 3-cü yeri tutublar.

Mens Bodibildinq kateqoriyasında Mahmud Ələkbərov (Monster GYM – Bakı) 1-ci yerin, Orxan Rəcəbov (ROOF Fitness – Bakı) 2-ci yerin, Sərvan Həsənov (ROOF Fitness – Bakı) 3-cü yerin qalibi olublar.

Ümumilikdə, komanda hesabında ROOF Fitness Bakı komandası 1-ci, ABU-Life İdman Klubu Qazax 2-ci, Monstr Muscle klub Gəncə 3-cü olub.

Sonda fərqlənən, qalib olan atletlərə Diplom, medal və kubok təqdim olunub.

Məlumat üçün onu da qeyd edək ki, yarışda fərqlənən atletlər gələn ildən etibarən, milli komandanın heyətində beynəlxalq yarışlarda təmsil olunacaqlar. 






GOYEZEN.AZ


Geri qayıt