Qazaxda “Breyn-rinq” intellektual oyunu üzrə onlayn rayon birinciliyi yarışı keçirilib
Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsinin 2020-ci ilin birinci
yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına əsasən yeniyetmə və gənclər
arasında "Breyn-rinq” intellektual oyunu
üzrə onlayn rayon birinciliyi yarışı keçirilib. Gənclər Mərkəzində keçirilən yarışda orta ümumtəhsil məktəblərinin
yuxarı sinif şagirdlərindən 15 komandadan 75 nəfər iştirak edib. Yekun nəticələrə görə Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta
məktəbin "Xəmsə” komadası I yerə, İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbin
"Zirvə” komadası II yerə, Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta
məktəbin "Nepenthe” komandası isə III yerə layiq görülüblər. Qalib komandalar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən
diplomlarla təltif ediliblər.
GOYEZEN.AZ
Facebook-da paylaş