• Təqvim

  • Maraq



"Kitab klubu"nun növbəti görüşü keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kitab klubu"nun növbəti görüşü keçirilib.

Gənclər görüşdə müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının həyat və yaradıcılığını müzakirə ediblər. 

Görüşdə bildirilib ki, yazıçı "Dəli Kür" romanı ilə xalqımızın könlündə əbədi taxt qurub. Onun əsərlərində Azərbaycan xalqının milli düşüncə tərzi, psixologiyası çox ustalıqla verilib. Klub üzvləri daha sonra İsmayıl Şıxlının yaradıcılığındakı maraqlı nüanslar barədə fikir mübadiləsi aparıblar.




Facebook-da paylaş