"İntellekt marafonu" layihəsi çərçivəsində keçirilən intellektual turnirin yarımfinal mərhələsinin oyunu baş tutub
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan "İntellekt marafonu" layihəsi çərçivəsində keçirilən intellektual turnirdə yarımfinal mərhələsinin oyunu baş tutub.
Tədbirdə Azərbaycan Gənclər Fondunun baş mütəxəssisi Zaur Osmanov iştirak edib.
Qazax Gənclər Evində reallaşan bilik yarışında 17 komandanın heyətində 85 gənc mübarizə aparıb.
Günün yekun nəticələrinə əsasən, ən çox suala düzgün cavab verən Bakı Dövlət Universitetinin Qazax filialının "Hürufilər", "Serafino", Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin "Viktoriya" komandaları, eləcə də, müstəqil "Triumphal" komandası final mərhələsinə vəsiqə qazanıb.
Beləliklə, sabah reallaşacaq finalda 4 komanda iştirak edəcək. Qeyd edək ki, layihənin icrasına 20 dekabr 2022-ci ildə başlanılıb və 20 mart 2023-cü il tarixdə yekunlaşacaq. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi layihənin tərəfdaşları qismində çıxış edir.
Facebook-da paylaş