"İntellekt marafonu" layihəsi çərçivəsində keçirilən intellektual turnirdə "B" qrupunun oyunu baş tutub
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan "İntellekt marafonu" layihəsi çərçivəsində keçirilən intellektual turnirdə "B" qrupunun oyunu baş tutub.
Qazax Gənclər Evində reallaşan bilik yarışında 6 komandanın heyətində 30 gənc mübarizə aparıb. Bu mərhələdə 20 sual səsləndirilib.
Günün yekun nəticələrinə əsasən, ən çox suala düzgün cavab verən Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin "Viktoriya", Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin "Nirvana" və Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin "Victory" komandaları yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Yarımfinal mərhələsi 27 fevralda baş tutacaq. Sabah isə "C" qrupunda çıxış edən komandalar mübarizəyə qoşulacaq. Qeyd edək ki, layihənin icrasına 20 dekabr 2022-ci ildə başlanılıb və 20 mart 2023-cü il tarixdə yekunlaşacaq. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi layihənin tərəfdaşları qismində çıxış edir.
Facebook-da paylaş