• Təqvim

  • Maraq



"İntellekt marafonu" layihəsi çərçivəsində intellektual turnirə start verilib


Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan "İntellekt marafonu" layihəsi çərçivəsində intellektual turnirə start verilib.

Qazax Gənclər Evində "A" qrupu üzrə keçirilən bilik yarışında 17 komandanın heyətində 85 gənc mübarizə aparıb. Bu mərhələdə 20 sual səsləndirilib.

Günün yekun nəticələrinə əsasən, ən çox suala düzgün cavab verən Bakı Dövlət Universitetinin Qazax filialının "Hürufilər", "Serafino" komandaları, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin "Şuşa", Qazax şəhər Səlim Əfəndiyev adına 1 saylı tam orta məktəbin "Venera", Qazax şəhər Namiq Vəliyev adına 5 saylı tam orta məktəbin "Xəmsə" komandaları və müstəqil "Atlantis" və "Tirumphal" komandaları yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Yarımfinal mərhələsi 27 fevralda baş tutacaq. Sabah isə "B" qrupunda çıxış edən komandalar mübarizəyə qoşulacaq. 

Qeyd edək ki, layihənin icrasına 20 dekabr 2022-ci ildə başlanılıb və 20 mart 2023-cü il tarixdə yekunlaşacaq. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi layihənin tərəfdaşları qismində çıxış edir.



Facebook-da paylaş