"Ailə cəmiyyətin və dövlətin özəyi, milli-mənəvi dəyərlərin daşıyıcısıdır" mövzusunda gənclərlə görüş keçirilib
Dekabrın 6-da "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Ailə cəmiyyətin və dövlətin özəyi, milli-mənəvi dəyərlərin daşıyıcısıdır" mövzusunda gənclərlə görüş keçirilib.
Görüşü Qazax Gənclər Evinin dərnək rəhbəri Yeganə Yusifova açaraq, tədbir iştirakçılarını salamlayıb, görüşün əhəmiyyətindən danışıb. Y.Yusifova çıxışında bildirib ki, Azərbaycan xalqı hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutmuş və bu bizim milli adət-ənənəyə çevrilmişdir. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirməli, gənc nəsli sağlam ruhda tərbiyələndirməliyik. Azərbaycan ailəsinin ən böyük himayədarı Ümummilli Lider Heydər Əliyev olmuşdur. Onun başlatdığı bu kurs bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra müəssisənin fəal könüllülərindən Reyhan Əliyeva, Elnarə Quluzadə, Orxan Hüseynov mövzu ətrafında geniş çıxışlar ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş