• Təqvim

  • Maraq



"Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır" mövzusunda gənclərlə görüş keçirilib


Sentyabrın 22-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır" mövzusunda gənclərlə görüş keçirilib.

Görüşü Qazax Gənclər Evinin dərnək rəhbəri Yeganə Yusifova açaraq, tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. Y.Yusifova çıxışında bildirib ki, Azərbaycan xalqı hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutmuş və bu bizim milli adət-ənənəyə çevrilmişdir. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirməli, gənc nəsli sağlam ruhda tərbiyələndirməliyik. Azərbaycan ailəsinin ən böyük himayədarı Ümumilli Lider Heydər Əliyev olmuşdur. Onun başlatdığı bu kurs bu gün də Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra müəssisənin fəal könüllülərindən Ülkər Mustafayeva, Fidan Nəsibova mövzu ətrafında geniş çıxışlar ediblər.



Facebook-da paylaş