• Təqvim

  • Maraq



"Əsrə bərabər 44 gün" layihəsi çərçivəsində keçirilən intellektual yarış bu gün də davam edib


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Əsrə bərabər 44 gün" layihəsi çərçivəsində keçirilən intellektual yarış davam edir.

"Nə? Harada? Nə zaman?" formatı üzrə reallaşan bilik yarışında bu dəfə ikinci yarımqrupda yer alan 7 komanda qüvvəsini sınayıb. 

Qazax Gənclər Evində reallaşan və 35 gəncin iştirak etdiyi turnirdə 20 sual səsləndirilib. Nəticələrə əsasən, suallara ən çox düzgün cavab verən "Hürufilər" və "Tornado" komandaları sabah baş tutacaq finala vəsiqə qazanıblar. Ötən gün birinci yarımqrupdan "GFG" və "Dracarys" komandaları da həlledici mərhələyə yüksəlmişdi.

Qeyd edək ki, layihə çərçivəsində həmçinin Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Adil Əfəndiyevin xatirəsinə həsr olunmuş filmin çəkilişi də nəzərdə tutulur. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsi layihənin tərəfdaşları qismində çıxış edirlər.

GOYEZEN.AZ



Facebook-da paylaş