• Təqvim

  • Maraq



"Əsrə bərabər 44 gün" layihəsi çərçivəsində intellektual yarış keçirilib


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Əsrə bərabər 44 gün" layihəsi çərçivəsində intellektual yarış keçirilib.

"Nə? Harada? Nə zaman?" formatı üzrə reallaşan bilik yarışının ilk yarımqrupunda 9 komanda qüvvəsini sınayıb. 

Qazax Gənclər Evində reallaşan və 45 gəncin iştirak etdiyi turnirdə 20 sual səsləndirilib. Nəticələrə əsasən, suallara ən çox düzgün cavab verən "GFG" və "Dracarys" komandaları 17 noyabrda baş tutacaq final mərhələsinə vəsiqə qazanıblar. 

Sabah intellektual yarışın ikinci yarımqrupunda yer alan komandalar mübarizə aparacaqlar. 

Qeyd edək ki, layihə çərçivəsində həmçinin Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Adil Əfəndiyevin xatirəsinə həsr olunmuş filmin çəkilişi də nəzərdə tutulur. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsi layihənin tərəfdaşları qismində çıxış edirlər.

GOYEZEN.AZ



Facebook-da paylaş