Qazaxda 26 İyun - Ümumdünya Narkomaniya və Narkobizneslə Mübarizə Günü ilə əlaqədar aksiya təşkil olunub
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyi, "Qazax Gənclər Evi" Sosial
Xidmət Müəssisəsi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual
İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 26 İyun -
Ümumdünya Narkomaniya və Narkobizneslə Mübarizə Günü ilə əlaqədar aksiya təşkil
olunub. Şəhərin müxtəlif
ərazilərində gənclər arasında antinarkotik təbliğat işinin daha da
gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə
həyata keçirilməsi məqsədilə bukletlər paylanılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş