• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda narkomaniya və narkobizneslə mübarizə məqsədilə gənclərə maarifləndirici flayerlər paylanılıb


Ölkəmizin işıqlı və gözəl gələcəyi sağlam, savadlı gənclikdən asılıdır. Bunun üçün hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir. Vətəndaş olaraq bizim hər birimizin ilk işi gəncliyi narkomaniyanın dəhşətli fəsadlarından qorumaq, yetişməkdə olan nəsli bu sosial bəladan qorumağın yollarını, bu sahədə aparılan mübarizə metodlarını öyrənmək olmalıdır. Gənclər arasında sağlam həyat tərzini təbliğ etməli, narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində dövlət tərəfindən görülən işlər barədə gənclərin məlumatlılığını daha da artırmalı, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri barədə gəncləri maarifləndirməliyik. Bu işdə hər birimiz səfərbər olmalıyıq.

Aprelin 19-da Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə rayonun Kosalar kəndi ərazisində narkomaniya və narkobizneslə mübarizə məqsədilə flayerlərin paylanılması aksiyası həyata keçirilib.

Aksiyada könüllü qrupların iştirakı ilə kəndin müxtəlif istiqamətlərində gənclərə narkomaniya əleyhinə 200 ədəd maarifləndirici flayer paylanılıb.













 

GOYEZEN.AZ



Facebook-da paylaş