Qazaxda narkomaniya və narkobizneslə mübarizə məqsədilə gənclərə maarifləndirici flayerlər paylanılıb
Oktyabrın 27-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən
narkomaniya və narkobizneslə mübarizə məqsədilə flayerlərin paylanılması
aksiyası həyata keçirilib. Aksiyada 2 könüllü qrupun iştirakı ilə rayonun Birinci Şıxlı və
İkinci Şıxlı kəndlərində sakinlərə, xüsusilə də gənclərə narkomaniya əleyhinə 200
ədəd maarifləndirici flayer paylanılıb.
GOYEZEN.AZÖlkəmizin işıqlı və gözəl gələcəyi sağlam, savadlı
gənclikdən asılıdır. Odur ki, hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən
uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir. Bunun üçün hər birimizin
ilk işi gəncliyi narkomaniyanın dəhşətli fəsadlarından qorumaq, yetişməkdə olan
nəsli bu sosial bəladan qorumağın yollarını, bu sahədə aparılan mübarizə
metodlarını öyrənmək olmalıdır. Gənclər arasında sağlam həyat tərzini təbliğ
etməli, narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə
istiqamətində dövlət tərəfindən görülən işlər barədə gənclərin məlumatlılığını
daha da artırmalı, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin
mənfi təsiri barədə gəncləri maarifləndirməliyik. Bu işdə hər birimiz səfərbər
olmalıyıq.
Facebook-da paylaş