• Təqvim

  • Maraq



”Narkomaniyaya qarşı mübarizə hər birimizin işidir”


Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən qlobal problemlərdən biridir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına səbəb olur. ”Narkomaniyaya qarşı mübarizə hər birimizin işidir”. Bu gün hər bir Azərbaycan vətəndaşı məhz bu istiqamətdə mühüm addımlar atmalı, cəmiyyətimizi, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün var qüvvəsi ilə çalışmalıdır. Ölkəmizin işıqlı və gözəl gələcəyinin sağlam, savadlı gənclikdən asılı olduğunu bir an belə unutmamalıdır. Odur ki, hər bir yeniyetmə və gəncə zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməli olduğunu bildirmək hər birimizin borcudur. Həyat amalımız, devizimiz "Gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək” olmalıdır.

Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən narkomaniya və narkobizneslə mübarizə məqsədilə maarifləndirmə aksiyası keçirilib.

Aksiyada gənc könüllülər tərəfindən şəhərin müxtəlif yerlərində narkomaniya əleyhinə bukletlər və braşuralar paylanılıb. Gənclərlə maarifləndirici söhbət aparılıb.











GOYEZEN.AZ 



Facebook-da paylaş