Narkotiklərin
qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən qlobal
problemlərdən biridir. Bu problem insan cəmiyyətinin
mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi
təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır,
cinayətkarlığın artmasına səbəb olur. ”Narkomaniyaya
qarşı mübarizə hər birimizin işidir”. Bu gün hər bir
Azərbaycan vətəndaşı məhz bu istiqamətdə mühüm addımlar atmalı, cəmiyyətimizi,
xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün var qüvvəsi ilə
çalışmalıdır. Ölkəmizin işıqlı və gözəl gələcəyinin sağlam, savadlı gənclikdən
asılı olduğunu bir an belə unutmamalıdır. Odur ki, hər bir yeniyetmə və gəncə
zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməli
olduğunu bildirmək hər birimizin borcudur. Həyat amalımız, devizimiz "Gəncliyimizi
qoruyaq, narkomaniyaya yox deyək” olmalıdır.
Bu gün Qazax Rayon
Gənclər və İdman İdarəsi tərəfindən narkomaniya və narkobizneslə mübarizə məqsədilə
maarifləndirmə aksiyası keçirilib.
Aksiyada gənc
könüllülər tərəfindən şəhərin müxtəlif yerlərində narkomaniya əleyhinə bukletlər
və braşuralar paylanılıb. Gənclərlə maarifləndirici söhbət aparılıb.
GOYEZEN.AZ
Geri qayıt
|