Əsas Səhifə > Gənclər > Qazaxda narkomaniya və narkobizneslə mübarizə məqsədilə gənclərə maarifləndirici flayerlər paylanılıb

Qazaxda narkomaniya və narkobizneslə mübarizə məqsədilə gənclərə maarifləndirici flayerlər paylanılıb


27-10-2021, 18:55

    

Ölkəmizin işıqlı və gözəl gələcəyi sağlam, savadlı gənclikdən asılıdır. Odur ki, hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir. Bunun üçün hər birimizin ilk işi gəncliyi narkomaniyanın dəhşətli fəsadlarından qorumaq, yetişməkdə olan nəsli bu sosial bəladan qorumağın yollarını, bu sahədə aparılan mübarizə metodlarını öyrənmək olmalıdır. Gənclər arasında sağlam həyat tərzini təbliğ etməli, narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində dövlət tərəfindən görülən işlər barədə gənclərin məlumatlılığını daha da artırmalı, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri barədə gəncləri maarifləndirməliyik. Bu işdə hər birimiz səfərbər olmalıyıq.

Oktyabrın 27-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən narkomaniya və narkobizneslə mübarizə məqsədilə flayerlərin paylanılması aksiyası həyata keçirilib.

Aksiyada 2 könüllü qrupun iştirakı ilə rayonun Birinci Şıxlı və İkinci Şıxlı kəndlərində sakinlərə, xüsusilə də gənclərə narkomaniya əleyhinə 200 ədəd maarifləndirici flayer paylanılıb.







 

GOYEZEN.AZ


Geri qayıt