Qazaxda narkomaniya və narkobizneslə mübarizə məqsədilə gənclərə maarifləndirici flayerlər paylanılıb
Ölkəmizin
işıqlı və gözəl gələcəyi sağlam, savadlı gənclikdən asılıdır. Odur ki, hər bir
yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana
yönəltməlidir. Bunun üçün hər birimizin ilk işi gəncliyi narkomaniyanın
dəhşətli fəsadlarından qorumaq, yetişməkdə olan nəsli bu sosial bəladan
qorumağın yollarını, bu sahədə aparılan mübarizə metodlarını öyrənmək
olmalıdır. Gənclər arasında sağlam həyat tərzini təbliğ etməli, narkomanlığa,
narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində dövlət
tərəfindən görülən işlər barədə gənclərin məlumatlılığını daha da artırmalı,
narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri barədə
gəncləri maarifləndirməliyik. Bu işdə hər birimiz səfərbər olmalıyıq. Fevralın 23-də Qazax Rayon
Gənclər və İdman İdarəsi tərəfindən narkomaniya və narkobizneslə mübarizə məqsədilə
flayerlərin paylanılması aksiyası həyata keçirilib. Aksiyada könüllü
qrupların iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində gənclərə narkomaniya əleyhinə
200 ədəd maarifləndirici flayer paylanılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş