Əsas Səhifə > Gənclər > Qazaxda 26 İyun - Ümumdünya Narkomaniya və Narkobizneslə Mübarizə Günü ilə əlaqədar aksiya təşkil olunub

Qazaxda 26 İyun - Ümumdünya Narkomaniya və Narkobizneslə Mübarizə Günü ilə əlaqədar aksiya təşkil olunub


23-06-2022, 20:53


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi, "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 26 İyun - Ümumdünya Narkomaniya və Narkobizneslə Mübarizə Günü ilə əlaqədar aksiya təşkil olunub.

Şəhərin müxtəlif ərazilərində gənclər arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə bukletlər paylanılıb.







 

GOYEZEN.AZ


Geri qayıt