Qazaxlı gənclər 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə balaca fidanları sevindiriblər
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Qazaxda da qeyd olunub. Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Öyrədərək
Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin
birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü
münasibətilə Heydər Əliyev parkı ərazisində aksiya təşkil olunub. "Uşaqlar cəmiyyətimizin sabahıdır!” adlı aksiya
çərçivəsində uşaqlara kiçik hədiyyələr təqdim edilib.
GOYEZEN.AZ
Facebook-da paylaş