• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda işində fərqlənən bir qrup gənc tibb işçisi mükafatlandırılıb


İyunun 17-də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qazax Rayon Mərkəzi Xəstəxanasında 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə görüş keçirilib. 

 

İlk olaraq Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun şəhər qəbiristanlığındakı məzarı ziyarət olunub. Qəhrəman şəhidimizin məzarı üstünə tər qərənfillər düzülərək əziz xatirəsi ehtiramla anılıb.

 

Tədbiri giriş sözü ilə açan Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara fədakar fəaliyyətlərində uğurlar arzulayıb.

"Qazax Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova göstərilən diqqətə görə minnətdarlığını bildirib və əlamətdar günün tarixi barədə qısa məlumat verib. 

Daha sonra işində fərqlənən gənc tibb işçiləri mükafatlandırılıb. Tədbir bayram şənliyi ilə davam etdirilib. 







 

GOYEZEN.AZ



Facebook-da paylaş