Gənclərlə "Ailədaxili mübahisələr" mövzusunda psixoloji görüş keçirilib
İyunun 13-də "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Ailədaxili mübahisələr" mövzusunda psixoloji görüş keçirilib.
Tədbiri Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova açaraq, tədbir iştirakçılarını salamlayıb, gənclərə ailədaxili mübahisələr haqqında məlumat verib. Görüş zamanı ailədaxili problemlər səbəbindən yaranmış travmalardan, məişət zorakılığından, valideynlər arasındakı mübahisələrin uşaqların gələcək həyatlarına təsirindən danışıb.
Sonda gənclərin sualları ətraflı şəkildə cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş