"Fərqliliyə qucaq aç" mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib
Aprelin 27-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Dünya Autizm Maarifləndirmə ayı" lahiyəsi çərçivəsində "Fərqliliyə qucaq aç" mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib.
Tədbiri Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova açaraq, tədbir iştirakçılarını salamlayıb, 2 aprel - "Ümumdünya Autizm Günü" ilə əlaqədar bütün dünyada aprel ayının autizm haqqında maarifləndirməyə həsr olunduğunu qeyd edib. Tədbirin keçirilməsində əsas məqsədin autizmdən əziyyət çəkən insanlara dəstək olmaq, onların cəmiyyətimizdən təcrid olunmasının qarşısını almaq, onlara qayğı və diqqətlə yanaşılmasına şərait yaratmaqdan ibarət olduğunu vurğulayıb.
Daha sonra Fatma Rəhimova autizm spektr pozuntuları, autizmin əlamətləri, özünü göstərmə şəkli və autistik uşaqlarla davranış qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib.
Mövzu ilə bağlı slaydlar nümayiş etdirilib. Sonda gənclərin sualları ətraflı şəkildə cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş