Məktəblilərlə "Erkən nikahın qarşısının alınması" mövzusunda görüş keçirilib
Mayın 20-də "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə məktəblilərlə "Erkən nikahın qarşısının alınması" mövzusunda görüş keçirilib.
Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova tədbir iştirakçılarını salamlayıb, görüşün əhəmiyyətindən söz açıb. F.Rəhimova qeyd edib ki, görüşün keçirilməsində əsas məqsəd erkən nikahın yaratdığı mənfi nəticələri göstərmək, problemin həllinə cəmiyyəti cəlb etmək, problemə və onun doğurduğu nəticələrə qarşı duyarlığı artırmaqdır.
Görüş zamanı F.Rəhimova erkən nikahın yaratdığı fəsadlar (mənəvi, psixoloji və tibbi), erkən nikahın səbəbləri, qarşısının alınması yolları və ölkəmizdə bunun qarşısının alınması üçün görülən işlər haqqında geniş məlumat verib.
Sonda ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş