• Təqvim

  • Unutma

  • Maraq



"Gəncləri pis vərdişlərdən uzaq tutaq" mövzusunda gənclərlə görüş keçirilib


Mayın 25-də "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Gəncləri pis vərdişlərdən uzaq tutaq" mövzusunda gənclərlə görüş keçirilib.

Tədbiri Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova açaraq, tədbir iştirakçılarını salamlayıb, gənclərə pis vərdişlər və onların zərərləri haqqında məlumat verib.

Görüş zamanı gənclərə, həmçinin pis vərdişlərin insan həyatına, orqanizminə, psixologiyasına mənfi təsirindən və bu vərdişlərdən xilas olmaq yollarından danışılıb. Bu cür neqativ hallara qarşı cəmiyyət tərəfindən mübarizə aparılmalı, gənclərin sağlam mühitdə böyümələri, təhsil və tərbiyə almaları üçün davamlı olaraq müxtəlif məzmunlu maarifləndirici tədbirlərin keçirilməli olduğu diqqətə çatdırılıb.

Sonda gənclərin sualları ətraflı şəkildə cavablandırılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş