• Təqvim

  • Unutma

  • Maraq



"Gənclərin peşə və ixtisas seçimlərində düzgün istiqamətləndirilməsi" mövzusunda görüş keçirilib


Mayın 16-da "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə "Gənclərin peşə və ixtisas seçimlərində düzgün istiqamətləndirilməsi" mövzusunda görüş keçirilib.

Tədbiri Qazax Gənclər Evinin dərnək rəhbəri Mehriban Carçıyeva açaraq gəncləri salamlayıb, Qazax Gənclər Evinin fəaliyyəti haqqında gənclərə geniş məlumat verib. M.Carçıyeva mövzu ətrafında gənclərlə danışıb, düzgün peşə seçiminin gənclərimizin sabahının təminatçısı olduğunu vurğulayıb. Şagirdlərə arzuladıqları yox, bacardıqları işlə məşğul olmaq, seçdikləri peşəyə qəlbən bağlı olmaq, onun sirlərini öyrənmək, bütün incəliklərinə yiyələnmək haqqında tövsiyələr verib.

Daha sonra Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin coğrafiya müəllimi Kərəm Lələyev, fizika müəllimi Gültəkin Hüseynova və Qazax Gənclər Evinin fəal könüllüsü Qənirə Qarayeva mövzu haqqında ətraflı çıxış edərək gənclərə öz tövsiyələrini çatdırıblar.

Sonda şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

 





GOYEZEN.AZ



Facebook-da paylaş